"Barselona"nın yeni məşqçisi təqdim olundu

"Barselona"nın yeni məşqçisi təqdim olundu
16:32 1 İyun 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

Ernesto Valverde rəsmən "Barselona"da vəzifəsinin icrasına başlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu gün 53 yaşlı mütəxəsis 2 illik müqaviləyə imza atıb. İmza mərasimində klubun prezidenti xosep Bartomeu və vitse-prezidenti Jordi Mestre iştirak edib.

"Klub prezidenti, rəhbərlik və idman direktoruna təşəkkürümü bildirirəm. Məni ciddi sınaq gözləyir. Ümid edirəm, işim hər kəsi qane edəcək. "Barselona"ya əminliyi qaytarmaq və bu klubu zirvələrə daşımaq istəyirəm. Üzərimdə böyük məsuliyyət hiss edirəm" - Valverde qeyd edib.

O, 1988-90-cı illərdə futbolçu kimi katalon klubunun şərəfini qoruyub. Məqşçilik karyerası ərzində isə "Espanyol", "Olympiacos", "Villarreal" və "Valencia"nı çalışdırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/550268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR