"Xaricdən gələn həkimləri heç öz ölkəsində tanıyan yoxdur" - İRAD

"Xaricdən gələn həkimləri heç öz ölkəsində tanıyan yoxdur" - İRAD
16:32 1 İyun 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycana xaricdən gələn həkimləri heç öz ölkəsində tanıyan yoxdur".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın baş endokrinoloqu, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rafiq Məmmədhəsənov komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bu cür xaricdən gələn həkimlərin düzgün aparmadıqları müalicə nəticəsində sonradan xəstələrin səhhətində ciddi problemlər ortaya çxır.

R.Məmmədhəsənov əlavə edib ki, belə xəstələri sonradan Azərbaycanın öz həkimləri müalicə etməli olurlar: "Elə xəstəliklər var ki, onlar ömürlük olur. Ancaq bəzi həkimlər həmin xəstələrə hansısa dərmanı yazır və deyirlər ki, bunu qəbul et, bir həftəyə sağalacaqsan. Bu hamısı biznes maraqlarından irəli gəlir. Onlar bununla dərmanları reklam edir, əhalinin məlumatsızlığından istifadə edirlər. Bu səbəbdən cərimələri daha da artırmaq lazımdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR