Türkiyənin qızıl-valyuta ehtiyatları cüzi azalıb

Türkiyənin qızıl-valyuta ehtiyatları cüzi azalıb
16:37 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Türkiyənin beynəlxalq (qızıl-valyuta) ehtiyatları mayın 20-dən 26-na qədər davam edən 1 həftə ərzində 91 mln. ABŞ dolları və yaxud 0,09% azalaraq 104,932 mlrd. dollara düşüb.
"Report" Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, hesabat həftəsində ölkənin qızıl ehtiyatları 48 mln. dollar və yaxud 0,27% azalaraq 17,961 mlrd. dollar, valyuta ehtiyatları isə 43 mln. dollar və yaxud 0,05% azalaraq 86,971 mlrd. dollar olub.
Bu ilin yanvarın 1-i ilə müqayisədə Türkiyənin qızıl ehtiyatları 27,83% artıb, valyuta ehtiyatları isə 5,52% azalıb. Ölkənin məcmu ehtiyatları isə ilin əvvəlinə nisbətən 1,1% azalıb.
Xatırladaq ki, Türkiyənin qızıl-valyuta ehtiyatları bundan əvvəlki həftə də 407 mln. dollar və yaxud 0,39% azalma nümayiş etdirib. Hesabat həftəsində xarici investorlar Türkiyənin maliyyə bazarlarından 606 mln. dollarlıq qiymətli kağız alıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiyenin-qizil-valyuta-ehtiyatlari-cuzi-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR