Sosial şəbəkələrdə dərmanlarla bağlı monitorinq keçirilsin - TƏKLİF

Sosial şəbəkələrdə dərmanlarla bağlı monitorinq keçirilsin - TƏKLİF
16:42 1 İyun 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Qadağan olunan dərman vasitələrinin sosial şəbəkələrdə reklamının aparılması ilə bağlı monitorinqin keçirilməsi təklif edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı çıxış edib.

M.İbrahimqızı qeyd edib ki, bu gün sosial şəbəkələrdə qadağan olunan dərmanların reklamı aparılır. Ancaq buna qarşı heç bir addım atılmır: "Təklif edərdim ki, bununla bağlı hansısa monitorinqlər aparılsın. Qanunvericiliyi nə qədər möhkəmləndirsək də, bu məsələdə hələ də boşluq var. Belə hallar aradan qaldırılmalıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR