“Silkway Bank”ın səhmdarları dəyişib

“Silkway Bank”ın səhmdarları dəyişib
16:42 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ “Silkway Bank” ASC-nin səhmdarlarında dəyişiklik olub.
Bu barədə “Report” Bankın audit hesabatına istinadən xəbər verir.
Məlumata görə, indiyə qədər “Silkway Bank”ın səhmlərinə nəzarət edən 3 fiziki şəxs ötən il bir hüquqi, 2 fiziki şəxslə əvəz edilib. Bunlardan biri yenə də Zərifə Həmzəyevadır. O, Bankın səhmlərinin 69,7%-nə nəzarət edir.
Digər səhmdarlar “Silkway Bank"ın daxil olduğu “Silkway Holding”in tərkibindəki “VİP Aviasiya Xidmətləri” MMC (30%) və Bankın İdarə Heyətinin sədri Elçin Eldar oğlu Əhmədovdur (0,3%).
Xatırladaq ki, "Silkway Bank" 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən "Azal Bank"ın hüquqi varisidir. Onun nizamnamı kapitalı 101,545 mln. manatdır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/silkway-bank-in-sehmdarlari-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR