İlham Əliyev Əfqanıstan Prezidentinə başsağlığı göndərdi

İlham Əliyev Əfqanıstan Prezidentinə başsağlığı göndərdi
16:43 1 İyun 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Əşrəf Qaniyə başsağlığı göndərib.

Publika.az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident, Kabil şəhərində törədilmiş güclü partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/200972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR