"Trampın məktubları ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək niyyətini göstərir"

"Trampın məktubları ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək niyyətini göstərir"
17:05 1 İyun 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

"ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və "XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktublarından görünür ki, ABŞ Azərbaycanı Cənubi Qafqazda xüsusi fərqləndirir, Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyur və bu əməkdaşlığı davam etdirmək niyyətindədir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov bildirib ki, D.Tramp ABŞ prezidenti seçildikdən sonra ABŞ-Azərbaycan münasibətlərinin hansı məcrada inkişaf edəcəyi hər kəsi maraqlandırırdı:

"ABŞ-ın yeni Administrasiyasının Azərbaycanla münasibətdə hansı mövqe tutacağını diqqətlə izləyirdik. ABŞ-Azərbaycan əməkdaşlığı çoxtərəflidir, terrorizmə qarşı birgə mübarizədən tutmuş bir çox sahələri əhatə edir və biz həmişə istəmişik ki, ABŞ-la münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsində qalsın və davam etsin. Trampın məktubları bu məsələlərə aydınlıq gətirdi və ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək niyyətində olduğunu göstərdi".

Deputat vurğulayıb ki, eyni zamanda ABŞ Prezidentinin məktublarında Azərbaycanın ABŞ-la indiyə qədər olan əməkdaşlıq münasibətləri yüksək qiymətləndirilir: "Bu məktublarda ABŞ-Azərbaycan əməkdaşlığının perspektivi ilə bağlı söylənilən fikirlər də qane edicidir. Hesab edirəm ki, bundan sonra ABŞ-Azərbaycan əməkdaşlığı qarşılıqlı anlaşma, bir-birinin maraqlarına hörmət və bütövlükdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində davam edəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/550293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR