Kamal Abdullayev ADU-ya rektor təyin edildi

Prezident İlham Əliyev Kamal Mehdi oğlu Abdullayevin Azərbaycan Dillər Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Kamal Mehdi oğlu Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər Kamal Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsində çalışıb.

Xatırladaq ki, ADU-da rektor əvəzi vəzifəsini Əfqan Abdullayev tuturdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR