Proqnozlar Bürosu: İyunun 3-dən Azərbaycanda hava şəraiti sabitləşəcək

Proqnozlar Bürosu: İyunun 3-dən Azərbaycanda hava şəraiti sabitləşəcək
17:32 1 İyun 2017
252 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ "İyun ayının 3-ü gündüz saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi gözlənilir". 
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, iyun ayının 2-də paytaxtda mülayim şimal-qərb küləyinin əsəcəyi gözlənilir: "Havanın temperaturu 20-26 dərəcə arasında dəyişəcək".
G.Məmmədova qeyd edib ki, sabah ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək: "Yağış yağacaq, şimşək çaxacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/proqnozlar-burosu-i-yunun-3-den-azerbaycanda-hava-seraiti-sabitlesecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR