Süni intellektin inkişafı bir çox peşə sahiblərini işsiz qoyacaq

Süni intellektin inkişafı bir çox peşə sahiblərini işsiz qoyacaq
17:35 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Oksford Universitetinin əməkdaşları süni intellekt texnologiyalarının hazırda müşahidə edilən sürətli inkişafının 2060-cı ilədək insanı bütün həyat fəaliyyəti sahələrində geridə qoymasına səbəb olacağını düşünürlər.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, britaniyalı alimlərlə onların amerikalı həmkarları - Yel Universitetinin tədqiqatçıları həmfikirdir. 
 
Futuroloqların fikrincə, süni intellektin insan ağlı üçün rəqib qismində təşəkkülü bir neçə mərhələdə baş verəcək. Başlanğıcda, məsələn, süni intellekt bir dildən digərinə tərcümə etməyi öyrənəcək. O, bu vəzifənin öhdəsindən indi də yaxşı gəlir və proqnozlara görə, 2024-cü ilədək tərcüməçilər işsiz qala bilər.
 
Bildirilir ki, 2026-cı ilədək süni intellekt inşanı orta məktəb məzunları kimi yaza biləcək, 2027-ci ilədək isə ümumi istifadəli yollarda çoxtonlu yük maşınlarını idarə edəcək.
 
Bundan başqa, süni intellekt 2031-ci ilədək satıcıları, 2049-cu ilədək yazıçı belletristləri, 2053-cü ilədək cərrahları əvəz edəcək. Alimlərin qənaətinə görə, 100-120 il sonra süni intellekt bütün işlərin öhdəsindən insandan daha yaxşı gələ biləcək.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48167-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR