Sorğu: Getdikcə daha çox amerikalı Donald Trampın impiçmentini dəstəkləyir

Sorğu: Getdikcə daha çox amerikalı Donald Trampın impiçmentini dəstəkləyir
17:37 1 İyun 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Getdikcə daha çox amerikalı ABŞ Prezidenti Donald Trampa impiçment elan edilməsi barədə qərarı dəstəkləyir.
"Report" xəbər verir ki, bu barədə "Politico-Morning Consult" şirkətinin keçirdiyi sorğuya istinadən "The Hill" qəzeti yazıb.
Amerikalılar arasında D.Trampa impiçment elan edilməsi fikrini dəstəkləyənlərin sayı 38%-dən 43%-dək artıb.
Qeyd edək ki, daha əvvəl aparılmış başqa bir sorğuda D.Trampdan razılıq göstəricisinin onun prezidentliyi dövründə ən aşağı həddə düşdüyü məlum olub. Belə ki, amerikalıların yalnız 38%-i D.Trampın ABŞ prezidenti kimi fəaliyyətini bəyənib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/sorgu-getdikce-daha-cox-amerikali-donald-trampin-impicmentini-destekleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR