“Korea JoongAng Daily”: Şimali Koreya Cənubi Koreyaya qarşı nüvə müharibəsi planı hazırlayıb

10:27 8 Yanvar 2015
225 Dünya
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 10:22 ]


Bakı - APA. Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) Koreya Respublikasına (Cənubi Koreyaya) müdaxilə planı hazırlayıb.

 

APA-nın xəbərinə görə, bu barədə Cənubi Koreyanın “Korea JoongAng Daily” qəzeti məlumat yayıb.

 

Plan Cənubi Koreyanın bir həftə ərzində işğal edilməsini nəzərdə tutur. Koreya Respublikası müqavimət göstərərsə və ABŞ-dan dəstək alarsa, o zaman yarımadanın cənubunun zəbt edilməsi 15 gün çəkə bilər. Bu zaman nüvə silahının da istifadə edilməsi istisna olunmur.

 

Şimali Koreya adi silahlardan başqa, artilleriya, tank və təyyarələrin, xüsusi təyinatlı qüvvələrdən istifadə etməyi planlaşdırır. Bu qüvvələrin sayı 80 min nəfərdən 200 min nəfərədək artırılıb.

 

Qəzetin yazdığına görə, döyüş əməliyyatlarının planı Kim Çen In hakimiyyətə gəldikdən sonra, 2012-ci ildə hazırlanıb. Şimali Koreya rəhbərliyi müharibəyə hazırlığı 2013-cü ildə tamamlamağı planlaşdırıb, lakin sonra bu müddət bir il artırılıb. 2014-cü il “Birləşmə uğrunda böyük müharibə ili” elan olunub.

 

Yeni müharibə planı ABŞ-ın İraq və Əfqanıstandakı son hərbi əməliyyatlarının analizinə əsaslanıb: “Şimali Koreya bu qənaətə gəlib ki, uzunmüddətli müharibədə heç bir şansı olmayacaq. Bu səbəbdən asimmetrik müharibə planına üstünlük verilib”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368362

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR