SOCAR bu il 263 min ton dizel yanacağı ixrac edib

SOCAR bu il 263 min ton dizel yanacağı ixrac edib
18:07 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin may ayında 9 996 ton dizel yanacağı, 1 783 ton təyyarə yanacağı ixrac edib.
"Report" un SOCAR-a istinadən verdiyi xəbərə görə, İdarə may ayında 7 746 ton yüksək təzyiqli polietilen, 1 184 ton mütləqləşdirilmiş izopropil spirti, 6 178 ton maye piroliz qətranı, 2 911 ton propilen və 2 084 ton butilen butadien fraksiyası ixrac edib.
Ümumilikdə, 2017-ci ilin yanvar-may ayları ərzində 262 914 ton dizel yanacağı, 20 606 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 40 339 ton yüksək təzyiqli polietilen, 5 532 ton mütləqləşdirilmiş izopropil spirti, 28 100 ton maye piroliz qətranı, 17 007 ton propilen və 12 167 ton butilen butadien fraksiyası ixrac edilib.
Bu ilin mayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti 520,58 ABŞ dolları/ton, təyyarə yanacağı - 471,86 dollar/ton, dizel yanacağı - 442,95 dollar/ton, 1%-li kükürdlü mazut - 299,83 dollar/ton, yüksək təzyiqli polietilen - 1 222,50 dollar/ton, butilen butadien fraksiyası - 635,27 dollar/ton, maye piroliz qətranı - 520,58 dollar/ton, propilen - 880 avro/ton, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti 1 592,50 avro/ton təşkil edib.
Mayda dünya bazarında "Brent" tipli xam nefti 50,43 dollar/barelə, "Urals" nefti 49,40 dollar/barelə, "BTC FOB Ceyhan" tipli xam neft isə 51,55 dollar/barelə satılıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-bu-il-263-min-ton-dizel-yanacagi-ixrac-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR