“Neftçi” daha bir futbolçusunu göndərdi

“Neftçi” daha bir futbolçusunu göndərdi
18:17 1 İyun 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəhbərlik bu dəfə Kamal Qurbanovla vidalaşıb.

 

Paytaxt təmsilçisi 23 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verdiyini bəyan edib. Onun karyerasını Premyer Liqaya vəsiqə qazanan "Səbail"də davam etdirməsi gözlənilir.

 

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Cavid İmamverdiyev, Mahir Şükürov, Murad Ağayev, Jairo Rodriges və Maksim Vaylo ilə sağollaşmışdı.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neftci-daha-bir-futbolcusunu-gondrdi-t58473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR