Tibb işçiləri arasında kütləvi zəhərlənmə:

Türkiyənin Ədirnə şəhərində yerləşən Trakya Universiteti tibb fakültəsi xəstəxanasının 100 işçisi zəhərlənib.

Metbuat.az xəbər verir ki, aralarında həkimlərin də olduğu işçilər qarın ağrısı və ürəkbulanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlardan 60-ı ambulator şəraitdə müalicə alır. 40 nəfər isə həkim nəzarətində saxlanılır.

Xəstələrin dondurma, toyuq qızartması və mərci şorbasından zəhərləndiyi ehtimal olunur. Artıq yeməklərdən nümunələr götürülüb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR