Braziliyada 28 May-Respublika Günüə həsr edilmiş rəsm müsabiqəsinin qaliblərini təltif edilib

Braziliyada 28 May-Respublika Günüə həsr edilmiş rəsm müsabiqəsinin qaliblərini təltif edilib
18:36 1 İyun 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Braziliyanın Rio de Janeyro şəhərində yerləşən və Azərbaycanın adını daşıyan məktəbi ziyarət etmək və həmin məktəbdə, məktəblilər arasında keçirilmiş “28 May-Respublika Günü”ə həsr edilmiş rəsm müsabiqəsinin qaliblərini təltif etmək üçün Rio de Janeyro şəhərinə səfər edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, müsabiqədə qalib gəlmiş şagirdlərə müxtəlif hədiyyələr təqdim edən səfir, məktəb rəhbərliyi ilə məktəbin gələcək planlarını müzakirə edib və gələn il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və “28 may – Respublika Günü”nün 100 illiyi ilə bağlı təntənəli tədbirlərin keçirilməsi barədə danışıb.

Sonra, şagirdlər Azərbaycanla bağlı nitq söyləyərək mahnılar oxuyub müxtəlif şən səhnəciklər ifa ediblər.

Azərbaycanın adını daşıyan məktəbdə hazırda yeddiyüzdən artıq şagird oxuyur və 50-yə yaxın müəllim heyyəti çalışır. Məktəb, Rio de Janeyro şəhərinin mərkəzi məktəblərindən biridir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2761753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR