Rusiya Türkiyədən ən azı 3 il pomidor almayacaq

Rusiya Türkiyədən ən azı 3 il pomidor almayacaq
18:38 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Türkiyədən pomidor alışı ilə bağlı qadağanın müddəti ən azı üç il uzadılacaq".

Publika.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev deyib.

Nazir Rusiyanın pomidor idxalını təqribən iki dəfə azaltdığını bildirib:

"Ölkəmizdə 800 min ton pomidor istehsal edirik. İstehsal həcmini təqribən daha yarım milyon ton artırmalıyıq. İdxalla bağlı qadağa hələ 3-5 il qüvvədə qalacaq. Buna görə də Türkiyədən pomidor alışından söhbət gedə bilməz".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/200989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR