Dünyanın ən böyük təyyarəsi nümayişə çıxarıldı

Dünyanın ən böyük təyyarəsi ilk dəfə nümayiş etdirilib.

Metbuat.az xəbər verir ki, istehsalına 6 il əvvəl ABŞ-ın Kaliforniya ştatında başlanılan təyyarə "Microsoft"un qurucularından olan Pol Alenin layihəsi əsasında hazırlanıb. 72 metr eni, 226 ton ağırlığı olan təyyarə yüklə birlikdə 589 ton ağırlığa sahib olacaq. 6 mühərrikli təyyarə qanadları ilə birlikdə futbol meydançasından daha böyük sahəyə malikdir.

İlk sınaq uçuşunun 2018-ci ildə keçirilməsi planlaşdırılan təyyarə 2020-ci ildən isə istifadəyə veriləcək.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR