Səfir: "Azərbaycan Bolqarıstanın strateji tərəfdaşıdır"

Səfir: "Azərbaycan Bolqarıstanın strateji tərəfdaşıdır"
18:57 1 İyun 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Bolqarıstanın vacib strateji və iqtisadi tərəfdaşıdır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bolqarıstanın Bakıdakı səfiri Maya Xristova iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə keçirilən tədbir zamanı deyib.

Onun sözlərinə görə, bu illər ərzində Azərbaycan və Bolqarıstan arasında münasibətlər fəal şəkildə inkişaf edib: "Bütün bunlar 2015-ci ildə Strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalanmasına gətirib çıxarıb".

M.Xristova qeyd edib ki, iki ölkə arasında, xüsusuilə də mədəniyyət sahəsində münasibətlərin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu böyük rol oynayıb.

Səfir Heydər Əliyev Fonduna Bolqarıstanın Veliko-Tırnovo şəhərində "Trapezitsa" muzey-qoruğunun restavrasiyasında göstərdiyi köməyə görə minnətdarlığını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/550373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR