Vahid Ələkbərov: "Spartak"ın maliyyələşməsini artırmayacam

Vahid Ələkbərov: "Spartak"ın maliyyələşməsini artırmayacam
19:01 1 İyun 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Lukoyl” şirkəti Rusiya çempionu olmuş “Spartak” futbol klubunun maliyyələşdirilməsini artırmayacaq. Trend-in məlumatına görə, bunu şirkətin rəhbəri Vahid Ələkbərov deyib.

Onun sözlərinə görə, klub Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığına görə, bu, ona əlavə qazanc əldə etməyə imkan verəcək və bu səbəbdən maliyyələşmənin artırılmasına ehtiyac yoxdu.

Bununla belə, V.Ələkbərov vurğulayıb ki, “Lukoyl” “Spartak”ın baş sponsoru olduğu üçün klubun maliyyələşməsini əvvəlki həddə saxlayacaq, azaltmayacaq.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2761574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR