Məhərrəm Əliyev vəzifəsindən azad olundu

Məhərrəm Əliyev vəzifəsindən azad olundu
19:18 1 İyun 2017
111 Digər
Ölkə mətbuatı
A- A+

General-leytenant Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsindən azad olunub.

APA-nın məlumatına görə, Prezident Administrasiyasının strukturunda edilmiş son dəyişikliklə Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidməti ləğv olunub.

Bununla əlaqədar həmin xidmətin müdafiə məsələləri şöbəsi də avtomatik ləğv olunmuş, M. Əliyev isə şöbə müdiri vəzifəsini itirmiş sayılır.

O, hələlik yeni təyinat almayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/200993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR