Musiqili Teatr Lənkəranda “Hərənin öz ulduzu” tamaşası ilə çıxış edib

Musiqili Teatr Lənkəranda “Hərənin öz ulduzu” tamaşası ilə çıxış edib
19:32 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcı kollektivi şəhər Mədəniyyət Mərkəzinin səhnəsində Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” tamaşası ilə çıxış edib.
"Report"un cənub bürosunun verdiyi məlumata görə, kənd mədəniyyət klublarının birində baş verən hadisələrdən bəhs edən, satira və yumor dolu bu səhnə əsərində əsas rolları xalq artisti Fatma Mahmudova, əməkdar artist Novruz Qartal, aktyorlardan Nadir Xasıyev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva oynayıblar.
Qeyd edək ki, anşlaqla keçən tamaşanı 500-ə yaxın sənətsevərlə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də izləyiblər.



Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/musiqili-teatr-lenkeranda-herenin-oz-ulduzu-tamasasi-ile-cixis-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR