Bu il 250 tona yaxın yaş barama məhsulunun istehsalı proqnozlaşdırılır

Bu il 250 tona yaxın yaş barama məhsulunun istehsalı proqnozlaşdırılır
19:50 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu il ölkə üzrə 250 tona yaxın yaş barama məhsulunun istehsal ediləcəyi proqnozlaşdırılır ki, bu da müəyyən edilmiş hədəflərdən təxminən 2 dəfə çoxdur.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, ipəkçiliyin gələcək inkişafı üçün baramaçılığın yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çindən 1,5 milyon ədəd calaq edilmiş tut tingləri tədarük edilib, əvvəlcədən tərtib edilmiş bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonuna paylanılıb və bu rayonların ərazilərində Nazirliyin və Nazirlik tərəfindən respublikaya dəvət edilmiş Çin mütəxəssislərinin nəzarəti altında 150 hektara yaxın sahədə yeni intensiv tipli tut bağlarının salınması təmin edilib. Yeni salınmış bağlarda əkilmiş tinglərdən 95-100 faiz səviyyəsində çıxış əldə edilmiş və hazırda bu bağlarda aqrotexniki qulluq işləri davam etdirilir.

Hazırda bölgələrdə tut ipəkqurdlarının bəslənilməsi prosesi davam edir və artıq bir sıra rayonlarda (Ağcabədi, Ağdam, Ağsu, Sabirabad, Zərdab, Bərdə və s.) yaş barama məhsulunun tədarükünə başlanılmışdır. “Şəki İpək” ASC-dən alınmış məlumatlara əsasən 31 may tarixinə müəssisə tərəfindən respublikanın 8 rayonundan 8,5 tona yaxın yaş barama məhsulu qəbul edilib və hazırda bu proses davam edir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2761785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR