Zaqatalaya dolu düşüb (FOTO/VİDEO)

Zaqatalaya dolu düşüb (FOTO/VİDEO)
20:01 1 İyun 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Zaqatalada güclü küləklə müşahidə olunan qısamüddətli leysan yağışı yağıb.

Trend "ARB Şəki"yə istinadən xəbər verir ki, rayonun Danaçı və Fındıqlı kəndlərinə dolu düşüb.

Kənd sakinlərinin dediyinə görə, təxminən 25 dəqiqə ərzində yağan dolu qoz böyüklüyündə olub. Zaqatala sakini Cabbar Rzayevin sözlərinə görə, dolu əsasən meyvə-tərəvəzə ziyan vurub: "1 santimetrə yaxın dolu var idi. Adam ayağını atanda buzun təsiri hiss olunurdu. Pomidora, kartofa ciddi ziyan dəyib".

Dəymiş zərərin məbləği aparılan hesablamalardan sonra müəyyənləşəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2761786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR