Ermənistan hərbçisi asılmış vəziyyətdə tapılıb

Ermənistan hərbçisi asılmış vəziyyətdə tapılıb
20:02 1 İyun 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Ermənistan hərbçisi, 1981-ci il təvəllüdlü David Xaçatryan ölkənin Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin ambarında asılmış vəziyyətdə tapılıb.
"Report"un erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, hadisə yerindən məktub tapılıb.
Fakt üzrə cinayət işi açılıb, hadisənin təfərrüatları araşdırılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistan-herbcisi-asilmis-veziyyetde-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR