"Barselona"nın məşhur futbolçusu transferə çıxarılıb? -

“Barselona”nın satışa çıxarılan yeni mövsüm ev matçlarında geyinəcəyi formaları arasında Arda Turanın adının olmaması diqqət çəkib.

Metbuat.az xəbər verir ki, klassik qırmızı-mavi rəngli və şaquli zolaqlardan ibarət geyim formaları artıq onlayn satışa çıxarılıb.

İki versiyada təqdim edilən formalar adsız şəkildə 140 avroya, adla birlikdə isə 155 avroya təklif olunur.

İlkin təqdim olunan formalar sırasında Messi, Neymar, İnyesta (kapitan), Suarez, Jerar Pike, İvan Rakitiç, Serxio Buskets və Maskerano kimi oyunçuların adlarına rast gəlmək mümkündür. Onların arasında Arda Turanın adının olmaması isə oyunçunun satılacağı ilə əlaqələndirilir.

Həmçinin İspaniya mətbuatında yayılan son xəbərlərə görə, komandanın yeni baş məşqçisi Ernesto Valverde Arda Turanın xidmətində maraqlı deyil.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR