Rusiyanın qızıl-valyuta ehtiyatları 1,1 mlrd. dollar atıb

Rusiyanın qızıl-valyuta ehtiyatları 1,1 mlrd. dollar atıb
20:17 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Rusiyanın qızıl-valyuta ehtiyatları bu il 20-26 may tarixlərində 1,1 mlrd. ABŞ dolları və ya 0,3% artaraq 406,1 mlrd. dollara çatıb. 
"Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Bankı (Mərkəzi Bank) tərəfindən verilib.
Xəbərdə bildirilib ki, beynəlxalq ehtiyatların 1,1 mlrd. dollar artmasına əsas səbəb məzənnənin müsəbət yenidən qiymətləndirilməsi olub.
Qeyd edək ki, son maliyyə böhranında Rusiyanın beynəlxalq ehtiyatları 2015-ci il aprelin 30-da minimal səviyyə - 350,5 mlrd. dollara kimi geriləyib. Hazırda ehtiyatlar bu səviyyədən cəmisi 15,9% çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiyanin-qizil-valyuta-ehtiyatlari-1-1-mlrd-dollar-atib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR