Serb hücumçu Ankara klubunda

Serb hücumçu Ankara klubunda
20:27 1 İyun 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

"Partizan" və "Lokomotiv"in sabiq futbolçusu Petar Şkuletiç karyerasını Türkiyə Superliqasında davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, serbiyalı forvard "Genclerbirliği" klubu ilə razılığa gəlib. Ankara klubu 26 yaşlı oyunçunun müqavilə şərtlərini açıqlamayıb. Şkuletiç "Lokmootiv"lə müqaviləsini pozduğuna görə "Genclerbirliği"nə pulsuz başa gəlib.

Qeyd edək ki, sözügedən hücumçu Avropa Liqasının pley-off mərhələsində paytaxtımızın da qonağı olub. 2014-cü il avqustun 28-də keçirilən oyunda "Neftçi"nin qapısına 2 qol vuran Şkuletiç "ağ qaralar"ın qrup mərhələsinə yolunu kəsmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/550267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR