16 yaşlı məktəbli qız taksi sürücüsünü öldürdü - FOTO

16 yaşlı məktəbli qız taksi sürücüsünü öldürdü - FOTO
20:37 1 İyun 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Linkolnvud şəhərində mayın 30-da Eliza Vasni adlı 16 yaşlı məktəbli qız mağazadan bıçaq və maçete oğurlayıb. Bundan sonra o, taksi çağırıb və bir neçə dəqiqədən sonra sürücüyə hücum edib. Qrantu Nelson adlı sürücü aqressiv sərnişini avtomobildən düşürdə bilib və kömək üçün insanlara müraciət edib.

Milli.Az salamnews-a istinadən xəbər verir ki, taksi sürücüsü xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb; o, bir neçə saat sonra aldığı yaralardan keçinib.

Eliza Vasni cinayət yerinin yaxınlığında saxlanılıb. Onun üzərində cinayət alətləri olan bıçaq və maçete tapılıb.

Qızın hadisəni törətməsinə nəyin səbəb olduğu məlum deyil. O, hər hansı bəyanat verməkdən imtina edib.

ABŞ qanunvericiliyinə əsasən, 16 yaşlı Eliza Vasni yetkinlik yaşına çatmış cinayətkar kimi mühakimə ediləcək.

Tanışları mərhum taksi sürücüsünü mehriban və aqressivlikdən uzaq bir şəxs kimi xatırlayırlar. O, səhərlər ofisiant, axşamlar isə taksi sürücüsü işləyirmiş.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/550264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR