Rusiyanın Türkiyə pomidorlarına sanksiyasının tətbiqi müddəti açıqlanıb

Rusiyanın Türkiyə pomidorlarına sanksiyasının tətbiqi müddəti açıqlanıb
20:37 1 İyun 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ “Türkiyədən pomidor satın alımasına tətbiq edilən sanksiya azı üç il davam edəcək”.
“Report” "Haberturk"ə istinadən xəbər verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Aleksnadr Tkaçev bildirib.
Mayın 31-də Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə qarşı tətbiq edilən bir sıra iqtisadi məhdudiyyətlərin aradan qaldırılması haqqında fərman imzalayıb.
Qeyd edək ki, 2015-ci ilin noyabrında hava məkanına qanunsuz olaraq, keçdiyi üçün Rusiyaya məxsus “Su-24” hərbi təyyarə Türkiyə ərazisində vurulub. Bundan sonra Rusiya və Türkiyə bir-birinə qarşılıqlı olaraq sanksiyalar tətbiq edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyanin-turkiye-pomidorlarina-sanksiyasinin-tetbiqi-muddeti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR