Avtoservis maşınla birlikdə yandı

Avtoservis maşınla birlikdə yandı
20:44 1 İyun 2017
53 Digər
Ölkə mətbuatı
A- A+

Qaxda maşın təmiri sexi içərisindəki təmirə qoyulan avtomobillə birlikdə yanıb. 

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın bu gün axşam saat 18 radələrində rayonun Qorağan kəndində, kənd sakini Sadəddin Ziyad oğlu Rəhimovun yaşadığı evin həyətyanı sahəsində tikilmiş və ona məxsus, ümumi sahəsi 20 kv/m olan maşın təmiri sexində baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.

 

Yanğın nəticəsində sexin yanar konstruksiyaları və sexin işərisində təmirdə olan “VAZ 21099” markalı maşın yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275968

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR