“Odlar ölkəsi” devizi ilə gənc estrada ifaçılarının konserti keçiriləcək

“Odlar ölkəsi” devizi ilə gənc estrada ifaçılarının konserti keçiriləcək
20:47 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında gənc estrada ifaçılarının “Odlar ölkəsi” adlı konserti keçiriləcək 
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 7-də keçiriləcək konsert “Mədəniyyət” kanalının və “Azərbaycan” radiosunun təşkilatçılığı ilə baş tutacaq.
Konsert proqramında Sərxan Cəfərov, Şövqi Əmrahov, Nigar Xəlili, Tural Xəlilzadə, Şəfiqə Abbasova, Sevinc Cavadova, Səfa Eldar, Fərəh Həsənzadə, İradə Musayeva, Emin İsmayılov, Bəsti Qasımova, Leyla Əmrahova və digərləri çıxış edəcək. Konsert boyu gənc müğənniləri Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin kiçik heyəti müşayiət edəcək.



Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/odlar-olkesi-devizi-ile-genc-estrada-ifacilarinin-konserti-kecirilecek1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR