“Qarabağ” 13 əskiklə başladı - FOTOLAR

“Qarabağ” 13 əskiklə başladı -   FOTOLAR
20:57 1 İyun 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ” bu gündən etibarən 2017/18 mövsümünün hazırlıqlarına start verib. Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov mayın 5-i ölkə kubokunun finalından sonra futbolçularına istirahət vermişdi.

 

Mövsümün ilk məşqi günorta saatlarında klubun bazasında start götürüb. Ağdamlıların ilk məşqində Dino Ndlovu, Arif Daşdəmirov, Elvin Yunuszadə və əvəzedici heyətin bir neçə futbolçusu iştirak edib.

 

Millimizin heyətində olan 8 futbolçu: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Ağabala Ramazanov, Əfran İsmayılov, Qara Qarayev, Rahid Əmirquliyev və Riçard Almeyda, Bosniya və Hersoqovina yığmasına çağrılan İbrahim Şehiç və U-21 yığmamızın toplanışına dəvət alan Mahir Mədətov, Elgün Uluxanov və Eltun Turabov ilk məşqdə iştirak etməyib.

 

Daha bir futbolçu – Ansi Aqolli isə bir neçə gün sonra komandaya qoşulacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qaraba-13-skikl-balad-t58475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR