Lənkəranda qaz kranlarının oğurlanması əhali üçün təhlükə yaradıb - VİDEO

Lənkəranda qaz kranlarının oğurlanması əhali üçün təhlükə yaradıb - VİDEO
21:17 1 İyun 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaşayış binalarındakı qaz kranlarının oğurlanması əhali üçün real təhlükə yaradıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Lənkəran şəhərində fasilədən sonra qaz verildikdə qəzalı vəziyyətə salınan borularından ətrafa və binanın daxilinə qaz sızmağa başlayıb.
Gecə saatları olduğundan 12, 17 və 19 saylı beşmərtəbəli yaşayış binalarında yaşayan sakinlər qaz iyinə oyanıb. Xoşbəxtlikdən hər hansı bədbəxt hadisə baş verməyib.
Sakinlər dərhal qaz -qəza xidmətinə məlumat veriblər. Bəziləri isə kustar üsullarla da olsa qaz sızmasının qarşısını alıblar.
Məsələ ilə bağlı Lənkəran Qaz İstismar İdarəsinin təmir bərpa xidmətinin rəisi Azad Babayev deyir ki, bu ilk dəfə olmur.
Ümumilkidə isə son iki ayada 15 binada belə halın baş verdiyi faktı rəsmiləşdirilib. Sakinlər bunu edən şəxs və ya şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsini istəyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Lənkəranda qaz kranlarının oğurlanması əhali üçün təhlükə yaradıb


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/550395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR