Bir ağacda iki rəngdə meyvə…- VİDEO

Bir ağacda iki rəngdə meyvə…- VİDEO
21:17 1 İyun 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir ağacda iki rəngdə meyvə... Bitkiyə yaxınlaşanlar ağız dadına uyğun olanı seçirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Goranboyun Qızılhacılı qəsəbəsində əkin sahəsinin kənarında bitən ağac həm ağ, həm də qara rəngli tut gətirib. Uzun illərdir əkinçiliklə məşğul olan Şöhrət Qəhrəmanov bitkinin 3 ildir belə fərqli bar gətirdiyini deyir. Yəni calaq deyil. Taxıl sahəsinin yaxınlığında 4 ədəd tut ağacı var ki, onlardan yalnız biri iki rəngdə meyvə verir.
Bir kökdən ucalan ağacın məhsulu da boldur. Əraziyə gələnlər bitkinin həm ağ, həm də qara rəngli tutundan dadmasa keçmirlər.
Qeyri-adi təbiət hadisəsi yerli sakinlərində diqqətini çəkir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Bir ağacda iki rəngdə meyvə...


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/550393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR