Bizi orucdan saxlayan bəhanələrimiz

Bizi orucdan saxlayan bəhanələrimiz
21:42 1 İyun 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bizi oruc tutmaqdan saxlayan bəhanələrimiz - əslində o şeylərdir ki, bizə oruc tutmalı olduğumuzdan xəbər verir.

Ac qala bilməməyimiz. Susuz qala bilməməyimiz. Qorxularımız.
Bunlar bizdə olmalıdırmi?
Əlbəttə.
Bunlar o şeylərdir ki, biz elə onları aradan aparmaq üçün oruc tuturuq.
Ramazan ayı - o aydır ki, bizlər bizdə olan bir şeyləri tərk etməyə dəvət olunuruq .
Bizə deyilir ki, siz oruc tutun, Biz sizə kömək edəcəyik.
Tərk etməli olduğumuz şeylər.
Pis vərdişlərimiz, xəstəliklərimiz, günahlarımız - tərk etməli olduğumuz şeylərdir və əlbəttə, yalnız bunlar deyil.
"Mən oruc tuta bilmərəm", - deyə düşünməyimiz. İstəsək, bu düşüncəmizi əsaslandıraq, əsaslandıra bilmərik. Ona görə ki, hələ ona aydınlıq gətirməmişik. Burada hələ öz fikirlərimiz hakimdir və İlahi fikri nəzərdən keçirməmişik.
Oruc tutun ki, təqvalı olasınız deyilir. (Quranı-Kərim, "Bəqərə" surəsi, 183)
Təqvalı olmaq. Bu, bizə niyə lazımdı?
Həzrət Əli (ə) buyurur ki, təqva - sahibini (ona yiyələnəni) mənzil başına çatdıran azuqə və çətinlikdən azad edən bir pənah yeridir.
Təqva - azuqədir. O azuqədir ki, onsuz nə bu dünyadan baş çıxarmaq olar, nə də axirətə cəsarətlə üz tutmaq olar.
Təqva - bizim tərk etdiklərimizin yerinə gələnlərdir.
Çatdıqlarımızdır.
Qorxunu tərk etsək, özümüzdən uzaqlaşdırsaq, yerinə nə gələr?
Günahları tərk etsək, yerinə nə gələr?
Tərk etdiklərimizin yerinə gələnlər - bizim insanlıq azuqəmizdir. Bizə insan ola bilmək üçün lazım olan sərvətdir.
İnsan ola bilməsək, necə mövcud olacağıq?
İnsan kimi mövcud ola bilməsək, nə kimi mövcud olacağıq?
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ac qalmaqdan, susuz qalmaqdan ehtiyat edib, qorxub, necə insan olacağıq?
Ac və susuz qaldığıımızda, qorxular bizi bürüryəndə Allaha üz tutmadan, Ona təvəkkül etmədən, pənah aparmadan necə insan olacağıq?
İnsani iradəyə çatmadan hansı insanlıq işlərimizi yoluna qoyacağıq?
Ramazan ayının orucunda xüşusu İlahi yardım var. Bu oruc adi vaxtda tutulan oruclardan fərqlidir.
Bu ayda biz aclıq və susuzluq və bu kimi çətinliklərlə bəzədilmiş qonaqlığın qonaqlarıyıq.
Bizə şərait yaradılır ki, özümüzə kənardan baxaq.
Ac və susuz qalanda, "bu halım əbədi davam edərsə, mən nə edərəm", deyə düşünək. Sonra əlimizdə olan bütün İlahi nemətləri xatırlayaq.
Sonra da bu nemətlərin Sahibinə üz tutaq və Ona tərəf qayıdaq.
Ən xoş arzularla, 2016 Ramazan ayınız mübarək!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR