“Zenit” Mançiniyə tapşırıldı

“Zenit” Mançiniyə tapşırıldı
21:53 1 İyun 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Zenit” klubunda yeni baş məşqçi müəyyənləşib.

Publika.az xəbər verir ki, Mirça Luçeskunun qovulmasından sonra boş qalmış postu Roberto Mançini tutub.

İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Mançini bu müddətdə uğurlu nəticə göstərsə, onun sözləşməsi daha 2 il müddətinə uzadılacaq.

Qeyd edək ki, Mançini məşqçilik fəaliyyəti ərzində “Fiorentina”, “Latsio”, “İnter”, “Mançester Siti” və “Qalatasaray” klublarını çalışdırıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/200996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR