"Qarabağ" yeni mövsümün hazırlıqlarına başladı -

“Qarabağ” bu gündən etibarən 2017/18-ci illər mövsümünün hazırlıqlarına start verib.

Komandanın baş məşqçisi Qurban Qurbanov mayın 5-i ölkə kubokunun finalından sonra futbolçulara istirahət vermişdi. Metbuat.az-ın məlumatına görə, mövsümün ilk məşqi günorta saatlarında klubun bazasında start götürüb.

"Qarabağ"ın ilk məşqində Dino Ndlovu, Arif Daşdəmirov və Elvin Yunuszadə ilə yanaşı, əvəzedici heyətin bir neçə futbolçusu iştirak edib.

Millimizin heyətində olan 8 futbolçu - Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Ağabala Ramazanov, Əfran İsmayılov, Qara Qarayev, Rahid Əmirquliyev və Riçard Almeyda, Bosniya və Hersoqovina yığmasına dəvət alan İbrahim Şehiç və U-21 yığmamızın toplanışına dəvət alan Mahir Mədətov, Elgün Uluxanov və Eltun Turabov ilk məşqdə iştirak etməyib. Ansi Aqolli isə bir neçə gün sonra komandaya qoşulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR