“Krımı unutmağın vaxtıdır” - Rusiya ilə müharibənin tamamlanması RESEPTİ

“Krımı unutmağın vaxtıdır” - Rusiya ilə müharibənin tamamlanması RESEPTİ
22:18 1 İyun 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

“Ukrayna prezidenti Pyotr Poroşenko və Rusiya Federasiyasının başçısı Vladimir Putin Donbasda müharibənin tamamlanması üçün hərbi həll variantını istisna edərək, danışıqlar stolu arxasına oturmağa və sülh şərtlərini müzakirə etməyə məcburdur”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın “Obozrevatel” qəzetinin redaksiya şurasının başçısı Mixail Brodski “NewsOne” telekanalında “Duel” proqramında deyib.

O, vurğulayıb ki, danışıqların “Normandiya formatı” sərt çərçivələrlə məhdudlaşdırılıb və yalnız atəşin dayandırılması ilə əsirlərin mübadiləsi məsələlərini həll etməyə qadirdir.

“Rusiya bədheybətdir. Əgər onlar aviasiyanı qaldıracaqlarsa, biz qaçmağa vaxt tapmayacağıq. Rusiya ilə heç kim vuruşmaq istəmir. Onlar bədheybətlərdir, onlarda nüvə silahı və aviasiya var. Biz 6 il sonra hücum etməyəcəyik və Luqanskla Donetski geri almayacağıq. Krıma gəlincə, düşünürəm ki, ümumiyyətlə, unutmağın vaxtıdır. Gəlin referendum keçirək, siyasətçiləri dəyirmi masaya yığaq, gəlin nə etməli olduğumuza qərar verək””, - Brodski söyləyib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR