Manilada oteldə partlayış və atışma olub

Manilada oteldə partlayış və atışma olub
22:32 1 İyun 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Filippinin paytaxtı Manilada mehmanxana kompleksi yaxınlığında partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayışdan sonra həmin ərazidə atışma səsləri də eşidilib.

Hazırda "Resorts World Manila" mehmanxana kompleksinin ətrafı nəzarətə götürülüb, əraziyə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Qeyd edək ki, bu mehmanxana kompleksi Filippinin beynəlxalq hava limanı yaxınlığında yerləşir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/550411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR