"Çox sevirəm, onunla sevişərdim… - azərbaycanlı aktrisa

"Çox sevirəm, onunla sevişərdim… - azərbaycanlı aktrisa
23:32 1 İyun 2017
303 Şou
Ölkə mətbuatı
A- A+

"İstər geyimlərimdə olsun, istərsə də hərəkətlərimdə, düşünürəm ki, açıq-saçıqlıq yetərincə var".

Milli.Az yeniçağ.az-a istinadən bildirir ki, Bu sözləri aktrisa Ülfət Bəşir erotik rollara çəkilməsi haqda -a müsahibəsində deyib. O, aktrisanın hər rolu oynaya biləcəyini deyib:

"İlkin Həsəninin ekranlaşdırdığı "Stalinin başı" filmində heç də qapalı xanım obrazında çəkilməmişəm. İstər geyimlərimdə olsun, istərsə də hərəkətlərimdə, düşünürəm ki, açıq-saçıqlıq yetərincə var. Əlbəttə aktrisayamsa, niyə də olmasın? İstənilən obraz həyatdan götürülüb, biz aktrisalar da həyatdakı insanların taleyini canlandırırıq. Bu, əxlaqsız qadın da ola bilər, ağıllı xanım da".

Aktrisa filmlərdə öpüşmə səhnələrindən də danışıb:

"Komplekslərim yoxdur. Sadəcə, indiyə qədər səhnədə, ya filmdə öpüşməmişəm. Hollivud ulduzu, aktyor Bryus Uillis arzuladığım tərəf-müqabilidir. Yalnız aktyor kimi deyil, onu bir kişi kimi çox sevirəm, onunla sevişərdim... filmdə. (gülür)".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/550417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR