Filippinin paytaxtında atışma - 25 yaralı - VİDEO

Filippinin paytaxtında atışma - 25 yaralı - VİDEO
23:38 1 İyun 2017
28 Dünya
Ölkə mətbuatı
A- A+

Filippinin paytaxtı Manilanın mehmanxana komplekslərindən biri yaxınlığında atışma və partlayış baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "CNN Philippines" telekanalı məlumat yayıb.

Atışma nəticəsində ən azı 25 nəfər yaralanıb. Hazırda "Resorts World Manila" mehmanxana kompleksinə "təcili yardım", həmçinin yanğınsöndürən və xilasetmə xidmətlərinin nümayəndələri cəlb olunub.

Kompleks Ninoy Akino adına Filippin beynəlxalq hava limanının qarşısında yerləşir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR