Çikaqo-Mayami reysi ilə uçan təyyarə səmada yanmağa başlayıb

Çikaqo-Mayami reysi ilə uçan təyyarə səmada yanmağa başlayıb
23:42 1 İyun 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ "United Airlines" aviaşirkətinə məxsus Çikaqo-Mayami reysi ilə uçan sərnişin təyyarəsi səmada ikən yanmağa başlayıb.
"Report" xəbər verir ki, "Daily Mail" qəzeti insidentin bu gün baş verdiyini yazır.
Məlumatda bildirilir ki, alov quşun mühərrikə girməsi səbəbindən yaranıb. Sərnişin mühərriklərdən biri yaxınlığında alov görüb və bu barədə heyət üzvlərini məlumatlandırıb. Nəticədə layner O'Hara beynəlxalq hava limanına geri qayıtmaq məcburiyyətində qalıb. Bütün sərnişinlər başqa reyslə ünvanına yola salınıb.
Aviaşirkət sərnişinlərə təzminat təklif etmək niyyətindədir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cikaqo-mayami-reysi-ile-ucan-teyyare-semada-yanmaga-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR