Ramazan ayında uşaqların Quranla münasibəti üçün 3 yol

Ramazan ayında uşaqların Quranla münasibəti üçün 3 yol
23:47 1 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Ramazan Quran ayıdır. Analar bu ayın bir çox savab baxımından Quran qiraətinə əhəmiyyət verirlər və uşaqlarına vəhy kəlamı ilə yaxınlaşması üçün çox səy göstərirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, uşaq psixoloqu və ailə məsləhətçisi Mina Yusra Ramazan ayında uşaqların Quranla tanış olmaları üçün bəzi həll yolları təklif edir.
 
1. Uşaq üçün rahat bir tilavət seçin ki, o, rahat şəkildə cəlbedici olsun. Belə ki, hərflərin məxrəcləri uşaq üçün tamamilə aydın olsun və uşaq onu düzgün şəkildə əzbərləyə bilsin.
 
2. Uşaq sizin Quran oxuduğunuz vaxt ayələrin sizin üzərinizdə qoyduğu təsirini görəndə, ayələrin mənasını uşağa açıqlayın. Uşağa insanın ağlamasının təbii bir hal olduğunu və pis bir əlamət sayılmadığını söyləyin.
 
3. Uşaq Quran ayələrini qiraət edəndə cib telefonu və ya hər hansı bir oyuncağa onun səsini yazın. Daha sonra icazə verin öz səsini dinləsin. Çünki uşaq öz səsini sevir və bu da onun Quran əzbərləməsinə kömək olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR