Gəncə sakini dərmandan zəhərlənib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1978-ci il təvəllüdlü Babayev Muraz Fizuli oğlu dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. M. Babayevin bir neçə dərman həbi qəbul edərək zəhərləndiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində