Obamanın 8 milyonluq yeni evinin görüntüləri - FOTOLAR

Obamanın 8 milyonluq yeni evinin görüntüləri - FOTOLAR
00:38 2 İyun 2017
325 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın keçmiş prezidenti Barak Obama vəzifəsini Donald Trampa təhvil verdikdən sonra ailəsi ilə yaşadığı Ağ Evdən çıxıb. Kirədə qalan Obama nəhayət özünə ev alıb.

Publika.az xəbər verir ki, Obama icarəyə götürdüyü malikanəni 8.1 milyon dollara alıb. 761 kvadratmetr sahəsi olan lüks malikanə 8 yataq otağı, geniş qonaq otağı, mətbəx və 9 vanna otağından ibarətdir.

Amerika mətbuatının yayımladığı məlumata görə, Obama və ailəsinin aldığı ev ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın qonşuluğunda yerləşir.

Ivanka Tramp və Cared Kushnerın kirayədə qaldıqları ev Obama ailəsindən yalnız bir blok kənarda yerləşir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR