ABŞ İqlimə dair Paris sazişindən çıxdı -

ABŞ İqlimə dair Paris sazişindən çıxıb.

Metbuat.az bildirir ki, bu barədə prezident Donald Tramp məlumat verib. O, qeyd edib:

"Paris anlaşmasını tərk edirik. Ancaq ABŞ biznesi, vergi ödəyiciləri və fəhlələri üçün ədalətli şərtlər təklif edən bu və ya başqa sazişlərə qoşulmağa dair danışıqlara başlayacağıq".

194 ölkənin imzaladığı İqlimə dair Paris sazişi qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət istiqamətlərini müəyyənləşdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR