Bəşər Əsəd: "Əsirlikdə olan bütün Suriya vətəndaşları və hərbçiləri azad ediləcək"

Bəşər Əsəd: "Əsirlikdə olan bütün Suriya vətəndaşları və hərbçiləri azad ediləcək"
03:02 2 İyun 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 iyun. REPORT.AZ/ Suriya prezidenti Bəşər Əsəd quldur dəstələrinin əsirliyində olan bütün hərbçiləri və girov götürülmüş dinc sakinləri azad etmək niyyətindədir.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu o, SANA agentliyinin cümə axşamı verdiyi məlumata görə, Dəməşqdə paytaxtın şimal qəsəbəsi Bərzedə azad edilən 34 Suriya vətəndaşı ilə görüşü zamanı deyib.
"Hər həftə və ya ay əsirlərlə mübadilə nəticəsində Suriya hakimiyyəti girov götürülmüş insanları əsirlikdən çıxarmağa müvəffəq olur", - deyə Əsəd qeyd edib.
Onun sözlərinə görə, "döyüş hələ bitməyib və göstərilən səylərə baxmayaraq, terrorçuların əlində dövlətin mütləq azad etməli olduğu minlərlə suriyalı qalmaqdadır".

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/beser-esed-esirlikde-olan-butun-suriya-vetendaslari-ve-herbcileri-azad-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR