Gəlin kimi istəmədiyi İremi baş tacı etdi

Gəlin kimi istəmədiyi İremi baş tacı etdi
07:37 2 İyun 2017
Ölkə mətbuatı
A- A+

Müğənni Selami Şahin oğlu ilə sevgili olan həmkarı İrem Dericini bir vaxtlar gəlini kimi görməsə də, artıq fikrini dəyişib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Şahin Dericiyə "Nə qədər istəsə, o qədər pulsuz mahnı verərəm" deyərək jest edib. Jurnalistlərin "İrem Derici haqqında nə fikirləşirsiniz" sualına isə ifaçının cavabı belə olub: 

"Heç kimi özümdən böyük və kiçik görmərəm. İnsan olsun, başıma tac edərəm. Kim uğurlu iş görsə, qürur duyaram. Onu da xalq sevirsə, Allah yolunu açıq eləsin". 

Qeyd edək ki, İrem Derici Lider Şahinlə eşq yaşayır. Selami Şahinlə xanımı Didem Şahin bu münasibətə qarşı çxımış, İremi gəlin kimi istəmədiklərini bildirmişdilər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/550276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR