Qadın elə asqırdı ki, fəqərələri yerindən oynadı - FOTO

Qadın elə asqırdı ki, fəqərələri yerindən oynadı - FOTO
08:03 2 İyun 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya sakini Monika Ceffrey həkimləri şoka salan travmalar alıb. Qadın gülən zaman boyun fəqərələri ciddi travma alıb.

Publika.az “Daily Mail”-a istinadən xəbər verir ki, işdə boynu ağrıyan qadın bir anda güldüyü yerdə analoji travma alıb. Boyun fəqərələrinin ciddi travma alması səbəbilə Monika qismən iflic olub. Başını hərəkət etdirə bilməyən qadın xəstəxanaya aparılıb.

Monika beş il bundan əvvəl də boynunu zədələmişdi. O, çarpayıda uzandığı yerdə güclü asqırdığı üçün eyni anda iki boyun fəqərəsini zədələmişdi. Qadın 14 gün boyun hərəkətlərini məhdudlaşdıran xüsusi fiksatorla gəzib.

Monika artıq asqırmağa və gülməyə nifrət etdiyini deyib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/201023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR